Metroda qiymət artımı iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Oxunma vaxtı:38 Saniyə

“Bakı Metropolitenində qiymət artımı ilə bağlı sosial şəbəkələrdə və insanlar arasında yayılan məlumatlar əsasızdır”.APA-nın xəbərinə görə, bunu APA TV-yə açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metropolitendə sərnişin daşımaları zamanı qoyulan qiymətləri Tarif Şurası müəyyənləşdirir: “Tarif şurası hazırda bu barədə heç bir qərar verməyib. Qiymətlərin artırılması üçün Bakı Metropoliteni yalnız Tarif Şurasına müraciət edə bilər. Hazırda isə belə bir müraciət edilməyib. 31 may tarixindən “Bakı Metropoliteni” QSC-də qiymətlər əvvəl olduğu kimi 30 qəpik olacaq”.

B. Məmmədov qeyd edib ki, pandemiya şəraitinə uyğun olaraq metroda sosial məsafə və maskadan düzgün istifadə qaydalarına ciddi nəzarət olacaq: “Vətəndaşları ciddi zərurət olmadığı halda metrodan istifadə etməməyə çağırıb.

Bizi YOUTUBE də izləyin.

 634 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktublarda deyilir: Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmudəli Kalimatovdan: “Hörmətli İlham Heydər oğlu. Sizi və bütün Azərbaycanın vətəndaşlarını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm […]