Polşa da “Bayraktar” istəyir – Qarabağ uğuru Türkiyə silahına dünya boyu marağı artırıb

Oxunma vaxtı:1 Dəqiqə, 32 Saniyə

İkinci Qarabağ müharibəsində qardaş Türkiyə istehsallı pilotsuz uçuş aparatlarının uğuru bütün dünyada onu məşhurlaşmaqda davam edir. Türkiyə istehsallı Bayraktar TB2-ın Qarabağdakı müvəffəqqiyəti dünyanın müdafiə nazirliklərini ciddi şəkildə maraqlandırmağa başlayıb. Artıq Polşanın da Türkiyə istehsallı bu pilotsuz uçuş aparatları almaq üçün sifariş verdikləri bildirilir.

Türkiyə mediasının yazdığına görə, Polşanın müdafiə naziri Mariuş Blaşak Bayraktar TB2 almaq niyyətlərini bildirib. Özünün Twitter səhifəsində pilotsuz uçuş aparatının fotosunu yerləşdirib. Şəkilin fonunda maraqlı bir mətn də yerləşdirib. “Çox tezliklə yaxşı xəbər olacaq. Yenilənmələrə nəzər salın və qaçırmayın” – deyə nazir bildirib. Maraqlıdır ki, pilotsuz uşuş aparatı fonunda bu fotonun altında Polşa Hərbi hava Qüvələrinin emblemi də əks olunub.

Qeyd edək ki, bundan əvvəl, Mərakeş, Ukrayna və İndoneziya da bu uçuş aparatlarını almaq üçün müraciət etmişdi. Artıq Ukrayna və Azərbaycanın silahlı qüvvələrinin arsenalında onlar var. Bu pilotsuz uçuş aparatlarının xarakteristikası belədir – uzunluğu 6,5 metr, qanadları açılanda 12 metrə çatır. Radiusu isə 150 km-ə çatır. Modernləşmədən sonra Bayraktar TB2 300 km-ə kimi gedib çıxa bilir. Maksimal yük daşıma ağırlığı 50 kiloqramdır. Eyni zamanda, maksimum uçuş sürəti – saatda 222 kilometr, seyr sürəti saatda 130 kilometrdir. Uçuş hündürlüyü də olduqca böyükdür – 6 min 750 metr.

Bolqarıstanın da türk hava “qatili”nin alınmasına maraq göstərdiyi məlumdur. Məlum olub ki, bu ölkə tərəfindən 6 Bayraktar TB2 orta hündürlükdə döyüş maşını alınması barədə danışıqlar keçən il başlayıb. Ancaq pandemiya baş verdiyinə görə kəsilib. Bolqarıstana ixrac edilərsə, bu, Türkiyənin milli silah sisteminin ilk dəfə AB üzvü bir dövlət tərəfindən istifadə ediləcəyi deməkdir. “Haber 7 türk xəbər agentliyi” yazır ki, bu tip PUA-lar yalnız Dağlıq Qarabağda istifadə olunmurdu. Onların effektivliyi Suriya və Liviyadakı hərbi əməliyyatlarda bir dəfədən çox sübut edilib. Polşa ordusu, NATO-ya üzv ölkələrin digər silahlı qüvvələri kimi, indi də modernləşməni fəal şəkildə davam etdirir. Və Bayraktar TB2 pilotsuz təyyarələrinin alınması proqramına tamamilə uyğundur. Bu silah növü canlı nümunələrlə öz əhəmiyyətini göstərib.

 704 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan daha bir yüksəkliyi nəzarətə götürüb - FOTO

Azərbaycan hərbçiləri Geqarkuniklə şərq sərhədində daha bir yüksəkliyi nəzarətə götürüb. Doğrusöztv.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə “Razminfo” saytı sosial şəbəkələrdə yayılan videoya əsasən məlumat yayıb. Bildirilir ki, videonun çəkildiyi yerdən görünür ki, Kut  kəndindən təxminən 6 kilometr şimal-şərqdə olan yüksəklik artıq Azərbaycanın nəzarətindədir. Məqaləyə dair fotomateriallar:  705 total views