Naxçıvan Muxtar Respublikasında 20 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev mayın 19-da “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü yarımbəndində göstərilmiş 1 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

 364 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti: Erməni siyasətçilərin Nizami Mərkəzinin tədbir və müzakirələrində iştirakı prinsipcə mümkündür

Münaqişə sona çatıb, Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycanda “Dağlıq Qarabağ” deyilən bir məfhum-qurum yoxdur. Hazırda biz bir-birimizlə əməkdaşlığa əngəl yarada biləcək bir problem görmürük. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Rumıniyanın sabiq Baş naziri Petre Romanın bəzi […]