Toyların keçirilməsi hansı halda mümkün ola bilər? – Komitə sədri açıqladı

Oxunma vaxtı:57 Saniyə

Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlamalı və elan etməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur, ona görə də cəmiyyət yeni qaydalarla yaşamağa alışmalıdır:

“Amma insanların müəyyən arzuları var, yaşları ötür, planları dəyişir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müəyyən normativlər hazırlanmalıdır.

Tez-tez görürük ki, toy keçirməyə cəhdlər olur və polis də qanunauyğun olaraq onun qarşısını alır. Bu da müəyyən bir sosial siqnaldır ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin”.

Komitə sədri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artmalıdır: “Əlbəttə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin gətirilib, əhali vaksinasiya prossesində akviv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini istəyirlər, amma vaksinasiyaya getmirlər. Toylarn keçirilməsinə icazə verilməsi üçün yoluxmalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar nə qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyların keçirilməsinə icazə verilməsini tezləşdirə bilərlər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırıb. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığında bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya […]