Vilayət Eyvazov 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı – Yeni təyinat

Oxunma vaxtı:24 Saniyə

Daxili işlər orqanlarında kadr dəyişikliyi.

DOĞRUSÖZTV.AZ Unikal.org-a istinadən xeber verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.

 552 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Doğrusöztv.Az istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 15-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən deyib. Dövlət başçısı bildirib: “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz […]