İndiyədək azad olunmuş ərazilərdə 20 hərbi hissə istifadəyə verilib – RƏSMİ

Oxunma vaxtı:40 Saniyə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının artırılması və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olub.Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.Müdafiə naziri bölmələrin təminatını və şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən Müdafiə nazirinə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul tipli və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.Hərbi hissələrdə görülən tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və qısa müddətdə başa çatdırılması ilə bağlı göstəriş verib.

 382 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazov 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi. DOĞRUSÖZTV.AZ Unikal.org-a istinadən xeber verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, […]