Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi

Oxunma vaxtı:48 Saniyə

“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”.BiG.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib.O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd etdiyi üçün çox xoşbəxtdir: “Çox xoşbəxtəm ki, bu günü görmək mənə də nəsib oldu. Öz evimizdə, öz torpağımızda gözəl bayramımızı qeyd edirik. 29 il sonra öz evimi görə bilmək xoşbəxtliyi mənə nəsib oldu. Təbii ki, hamımız sevincliyik. Sevincimiz və gözəl hisslərimiz əbədi olsun.Düşmən bizi öz torpaqlarımızdan 30 il ayrı saxlasa da, bu Ramazanda torpaqlarımıza geri dönməyimizlə qürurumuz və mənəviyyatımız özümüzə qayıtdı. Ruhumuzu, mənəviyyatımızı qoruyaraq geri döndük. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Şuşadakı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması çox gözəl hiss bəxş edir”.

 752 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib. Doğrusöztv.Az xəbər verir ki, konsert çərçivəsində Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarxın nümayişi zamanı Prezident İlham Əliyev kövrəlib. Həmin anları təqdim edirik:  753 total views