Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

Doğrusöztv.Az-ın məlumatına görə, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

 288 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Şuşa ilə bağlı paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli […]