Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu

Oxunma vaxtı:28 Saniyə

Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub.

Doğrusöztv.Az bildirir ki, bu barədə faktı Trend-ə Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Baş Prokurorluq icra başçısının birinci müavininə XƏBƏRDARLIQ etdi

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

 471 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir

Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq sahələr üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı ilə əlaqədar onlayn formada keçirilən tədbirdə bildirib. Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının […]