Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər

Oxunma vaxtı:56 Saniyə
Trend Logo Cut

 AZ 

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər

SİYASƏT3 May 2021 14:14 (UTC+04:00)

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər

Bakı. Trend:

Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq.

Doğrusöztv.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır.

 150 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Eldar Həsənovun həbs müddəti daha 3 ay uzadıldı

Bu gün Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri, hazırda həbsdə olan Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb. Doğrusöztv.Az-ın məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, Eldar Həsənovun barəsində olan həbs-qətimkan tədbirinin […]