Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrıldı – Sərəncam

Oxunma vaxtı:44 Saniyə
Trend Logo Cut

 AZ 

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrıldı – Sərəncam

SİYASƏT3 May 2021 14:02 (UTC+04:00)

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrıldı - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Doğrusöztv.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

– Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

– Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 319 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir. Doğrusöztv.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər […]