Şəmkirin sabiq icra başçısı həbs edildi (ƏLAVƏ OLUNUB)

Oxunma vaxtı:45 Saniyə

Şəmkirin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib.

Trend xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, A.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

XXX

16:36

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.

 Doğrusöztv. Az xəbər verir ki, Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 793 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə protokol imzalanıb (FOTO)

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə protokol imzalanıb. Doğrusöztv. Az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib. İclasda Komissiyanın həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya […]