Birinci sinfə qəbulla bağlı “Whatsapp” hesabı yaradıldı

Oxunma vaxtı:39 Saniyə

Birinci sinfə qəbulla bağlı "Whatsapp" hesabı yaradıldıTəhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı yaradılıb.

Bu haqda BiG.AZ-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar həmin platforma vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Keçid: https://api.whatsapp.com/send/?phone=994512067848

“Whatsapp” nömrə: (+994) 051 206 78 48

 641 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəmkirin sabiq icra başçısı həbs edildi (ƏLAVƏ OLUNUB)

Şəmkirin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib. Trend xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, A.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri […]