Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür – FOTO

Oxunma vaxtı:41 Saniyə

Bu gün Vətən müharibəsi şəhidi Sultan İbrahimovun doğum gündür.

DOGRUSOZTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, şəhid Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub.

Kiçik gizir İbrahimov Sultan sentyabrın 27-dən etibarən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla mübarizə aparıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan S.İbrahimov hərbi hissə qarşısında qoyulmuş tapşırıqları uğurla icra edib. Vəzifə borcunu şərəflə yerinə yetirən, düşmənə ağır zərbələr vuran igidimiz oktyabrın 24-də Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.Şəhid kiçik gizir Salyan şəhərində torpağa tapşırılıb.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Sultan İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizi YouTube də izleyin.

 733 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kəlbəcərdə qətlə yetirilən azərbaycanlıların cəsədlərinin basdırıldığı yerlər aşkarlandı

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb.Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı […]