İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib

Oxunma vaxtı:16 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Doğrusöztv.az xəbər verir ki, Dövlətimizin başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.

 391 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu - FOTO

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə […]