Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu – FOTO

Oxunma vaxtı:26 Saniyə

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən yaralanıb.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.

Xatırladaq ki, 15 aprel tarixində 6 ay komada qalan daha bir hərbçimiz Səbuhi Hüseynli şəhidlik zirvəsinə yüksəlmişdi./Oxu.az

Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu - FOTO

 408 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Suraxanıda vəzifəli şəxs işdən çıxarıldı - Xəyanətə görə...

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək vəzifəsindən azad edib. Bu barədə Unikal.org-a açıqlama verən R.Quliyev bildirib ki, çıxarılan E.Hüseynovun yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, Elmar Hüseynov Suraxanı Rayonu İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiridir. […]