Son dəqiqə! DIN Ağdamdakı dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

Oxunma vaxtı:21 Saniyə

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: “Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.

 717 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Doğrusöztv.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib. Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci […]