Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

Oxunma vaxtı:23 Saniyə

16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

Doğrusöztv.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.

Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.

 459 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə” - Erməni əsilli siyasətçidən etiraz

ABŞ Konqresinin aşağı palatasının – Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb. Doğrusöztv.Az Milli.Az-a istinadən xəbər verir ki, Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Speyer Twitter hesabında belə yazıb: “Azərbaycan […]