Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur

Oxunma vaxtı:1 Dəqiqə, 19 Saniyə

“Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmənlərdən azad etdiyi torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, işğaldan azad edilmiş ərazilər uzun illər Ermənistan tərəfindən sistemli qaydada minalanıb. Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalinin hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi cinayətlərini davam etdirir, eyni zamanda, beynəlxalq öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

TƏKLİF OLUNAN VİDEO:

Millət vəkilinin sözlərinə görə, minalanmış sahələrin xəritələrini Azərbaycana verməməklə Ermənistan dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə məhkum edir. 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə Bəyanatdan ötən aylar ərzində Azərbaycan vətəndaşları – hərbi qulluqçular və mülki şəxslər Qarabağdakı mina partlayışlarının qurbanı olublar. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minatəmizləmə əməliyyatına mane olur.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi hazırda dövlətimiz üçün prioritet istiqamətdir və bərpa prosesinin, Böyük Qayıdışın vacib bir hissəsidir: “Minalanmış ərazilərin xəritələrini verməməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Həmçinin Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə maneə törədir. Yalnız ərazilər minalardan təmizləndikdən sonra Qarabağda həyat canlana, infrastruktur yaradıla bilər. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə daha çox diqqət yetirməli, beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməli və onu minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməlidirlər”.

 408 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsi

Sovetlərin dağılmasından sonra Azərbaycandakı siyasi rəhbərliyinin yarıtmazlığından, ölkədəki siyasi anarxiyadan, hərc-mərclikdən istifadə edən Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdi. İşğal zamanı erməni qəsbkarları tərəfindən saysız-hesabsız günahsız insanlar qətlə yetirilib, ata-baba yurdlarından didərgin salınanların sayı isə durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında […]