Nazir şəhid övladını yeni vəzifəyə TƏYİN ETDİ

Oxunma vaxtı:20 Saniyə

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Dogrusoztv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məmmədov Fərid Şərif oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi vəzifəsindən azad olunub.

O, Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat bölməsinə rəhbər təyin olunub.

Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.

 697 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ

Zərdab rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Dogrusoztv.Az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Mərdan Camalzadənin əmri ilə, Veyisova Xəyalə Qiyas qızı Zərdab RİH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, o, daha öncə həmin şöbənin baş məsləhətçisi […]