Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır – Macarıstanın dövlət katibi

Oxunma vaxtı:31 Saniyə

Dağlıq Qarabağ münaqişəsi zamanı nə qədər mülki vətəndaşın öldüyünü görmək çox təəssüf doğurur, bu səbəbdən münaqişənin artıq sona çatması sevindiricid haldır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ağdama səfər zamanı Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray deyib.

Onun sözlərinə görə, Macarıstanın Azərbaycanla çox yaxın münasibətləri var, ölkələr arasında strateji əməkdaşlıq inkişaf edib: “Macarıstanın xarici işlər naziri bu yaxınlarda Azərbaycana səfər edib və biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişik. İndi mən özüm azad edilmiş ərazilər ziyarət edirəm və burada yenidən sülhün hökm sürdüyünü görməkdən çox şadam”.

Dövlət katibi Qarabağın bərpasının yaxın zamanda baş tutacağına və bölgəyə həyatın qayıdacağına ümidvar olduğunu bildirib.

 373 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir - Ekspert

Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və reabilitasiyası prosesində fəal iştirak etməlidir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu “SouthFive Strategies” Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn deyib. C.Epşteyn qeyd edib ki, ümumiyyətlə, azad edilmiş torpaqların bərpası və reabilitasiyası çox vacibdir. Artıq koronavirusun (COVİD-19) geri çəkilməyə başladığı üçün bu məsələlərdə irəliləmək üçün imkan […]