Sevinc Fətəliyeva: Ermənistanın müharibə dövründə qadağan olunmuş silahlardan istifadə etməsi beynəlxalq cinayətdir

Oxunma vaxtı:1 Dəqiqə, 27 Saniyə

“Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutub. Gəncə, Bərdə, Tərtər şəhərləri böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulub. Bunun nəticəsində mülki infrastruktura ciddi ziyan deyib, xeyli sayda dinc insan həlak olub. Yəni, Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük müharibə dövründə bir daha özünü göstərdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistanın qadağan olunmuş silahlarla cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Bu, onların faşist mahiyyətinin növbəti sübutudur: “Şuşa şəhərində qalıqları tapılmış “İsgəndər-M” raketi ilə bağlı məsələyə gəldikdə isə açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir. Amma belə olan halda, ortaya sual çıxır ki, əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi”.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən münaqişə tərəflərinə bu tipli slahların satılması qadağandır. Eyni zamanda, bu silahdan istifadə edilməsi də yolverilməzdir.

“Ona görə də, qarşı tərəf “İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır. Bu onların cinayətidir. Hesab edirəm ki, müvafiq beynəlxalq təşkilatlar bu məsələdə səssiz qalmamalı, məsələni araşdırmalı və lazımi qiymət verməlidir. Hazırda Ermənistan minalanmış ərazilərin  xəritələrini verməməklə cinayət törədir. Bununla yanaşı, Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir. Beynəlxalq qurumlar tərəfindən bu silahın Ermənistana verilməsi və ondan istifadə olunması ciddi şəkildə araşdırılıb öz hüquqi qiymətini almalıdır”, -deyə S.Fətəliyeva vurğulayıb.

 469 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

YAP Lerik rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Şükürov Samir Təyyub oğlunun ailəsi ilə görüşüb. Görüş zamanı təşkilat sədri ailənin problem və qayğıları ilə maraqlanıb, şəhidin məzarını ziyarət edib. Cəlil Baxşıyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Samir və onun kimi bütün […]