Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

 585 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sevinc Fətəliyeva: Ermənistanın müharibə dövründə qadağan olunmuş silahlardan istifadə etməsi beynəlxalq cinayətdir

“Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutub. Gəncə, Bərdə, Tərtər şəhərləri böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulub. Bunun nəticəsində mülki infrastruktura ciddi ziyan deyib, xeyli sayda dinc insan həlak olub. Yəni, Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük […]