“Ermənistan beynəlxalq birlik qarşısındakı öhdəlikləri pozur” – Prezidentin köməkçisi

Oxunma vaxtı:26 Saniyə

“Ermənistan minalanmış sahələrin xəritəsini gizlətməklə Azərbaycana qarşı mina siyasətini davam etdirərək beynəlxalq hüquq normalarını da, beynəlxalq birlik qarşısındakı öhdəliklərini də pozur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Beləliklə, Ermənistan Azərbaycanın dinc sakinlərini öldürməklə hərbi cinayətlərini davam etdirir. Bu məsələni müxtəlif beynəlxalq tədbirlərdə qaldırırıq. Burada insan hüquqlarının pozulması göz qabağındadır. Nəticədə azərbaycanlı əhali hələ də öz yurd-yuvalarına qayıda bilmir”, – H.Hacıyev vurğulayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə […]