Prezidentin köməkçisindən vətəndaşlara çağırış

Oxunma vaxtı:26 Saniyə

Bu gün ölkədə sərt karantin rejiminin tətbiq edilib-edilməyəcəyi barədə çoxsaylı suallar verilir. Buradan diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ bizim hər birimizdən asılıdır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Operativ Qərərgahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, sərtləşməyə gedib-getməmək virusun yoluxma sayından asılıdır: “Əgər virus artmaqda davam etməsə, sərt karantin rejimi tətbiq edilməyəcək. Bu isə bizim hər birimizdən asılıdır. Qoyulan qaydalara ciddi riayət etməliyik. Lakin əgər yoluxma artmaqda davam edərsə, karantin rejiminin sərtləşdirilməsi zəruri olacaq”.

 671 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti, siyasi plüralizm ənənələri formalaşır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti iqtidar-müxalifət dialoqunun fəal iştirakçılarıdır. Doğrusöztv.Az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə […]