TAP Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək – Beynəlxalq Qaz İttifaqı

Oxunma vaxtı:30 Saniyə

Trans-Adriatik boru kəməri (TAP) Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək.

Doğrusöztv.Az bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) hesabatına istinadən məlumat verir.

Heabatda qeyd olunur ki, Azərbaycanla İtaliyanı birləşdirən TAP 2020-ci ilin dekabrında istismara verilib:

“Bundan başqa, “Balkan axını” layihəsi başa çatıb. Bu layihə Rusiya qazının Bolqarıstan, Serbiya və Macarıstana tədarükü üçün yeni cənub marşrutu yaradıb. Həmçinin, bir müddət əvvəl Xorvatiyada Krk terminalı fəaliyyətə başlayıb”

IGU hesab edir ki, bu layihələr regional inteqrasiyanın təkmilləşməsinə xidmət edəcək, tədarüklərin təhlükəsizliyini möhkəmləndirəcək və xüsusilə də elektrik enerjisi istehsalında kömürün böyük rol oynadığı Cənub-Şərqi Avropa ölkələrində karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib (FOTO/VİDEO)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, komanda-qərargah bildirilibomanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin […]