Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib (FOTO)

Oxunma vaxtı:36 Saniyə

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, Rəşad Nəbiyev Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda təmsil olunan böyük şirkətlərin nümayəndələri ilə görüşüb.

Görüşün keçirilməsində məqsəd ölkəmizin İKT sferasındakı müasir tendensiyaların müzakirəsi, rəqəmsal inkişafa səbəb olan şəraitin yaradılması üçün təkliflərlə tanışlıq və sektor üzrə problemlərin dinlənilməsi olub.

Görüş zamanı rəqəmsal transformasiyanın və innovasiya təşəbbüslərinin inkişaf perspektivləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu fəaliyyətdəki rolu və dəstəyi ətrafında geniş müzakirə aparılıb.

Eyni zamanda, pandemiya dövründə İKT sahəsinin vəziyyəti və gələcək fəaliyyətin istiqamətləri haqqında danışılıb.
Görüşdə şirkət rəhbərləri sektorun problemləri barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçılar onlara göstərilən həssas münasibətə və diqqətə görə təşəkkür ediblər.

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib (FOTO) - Gallery Image
Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib (FOTO) - Gallery Image

 485 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistanda son vəziyyət: Heç kim çıxış yolu tapa bilmir

Ermənistan hazırda elə bir ağır vəziyyətlə üzləşib ki, həmin vəziyyətdən çıxış yolunu kimsə görmür və tapa bilmir. Nə Paşinyana güman var, nə əvvəlki bədnam idarəçilərə. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib. Deputat bildirib ki, xaos bütün Ermənistanı bürüyüb: “İqtisadi çətinlik bir yandan, pandemiya digər yandan, […]