Nazirlər Kabineti 31 rayonla bağlı QƏRAR VERDİ

Oxunma vaxtı:32 Saniyə

2010-2020-ci illər ərzində örüş-otlaqlardan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.

Doğrusöztv.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, icarəyə verilən 236,9 min hektar torpaq sahəsinin 148,8 min hektarında (63 faiz) əkin aparılıb. İcarəyə verilən torpaq sahəsinin 15,5 min hektarında (6 faiz) ayrılma məqsədinə uyğun hazırlıq və zəruri tikinti-quraşdırma işləri (torpaq hamarlama, şum, tikili-qurğuların inşası, meliorativ tədbirlər) görülüb. Torpaq sahəsinin 72,6 min hektarı (31 faizi) isə yeni təyinatı üzrə istifadə edilmir./Sfera.az

 807 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də – Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi. […]