“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi – SƏRƏNCAM

Oxunma vaxtı:42 Saniyə

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncama əsasən, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etsin;

– Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 594 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)

Bu gün “Azərlotereyanın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı. Doğrusöztv.Az-ın məlumatəna görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib. Nazir qeyd edib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.  595 total views