Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi

Oxunma vaxtı:55 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, Fərmanla “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilir.

“Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamının 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Böyükşor və Zığ göllərinə aid bütün sənədləri və məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

 569 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir (VİDEO)

Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Status haradadır, onu hər kəs bilir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Dövlət başçısı bildirib: “Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni əhali yaşayır”. […]