Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair sənəd təsdiq edildi

Oxunma vaxtı:29 Saniyə

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu Milli məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Doğrusöztv.Az-ın məlumatına görə, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdalığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

 566 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Doğrusöztv.Az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.  567 total views