Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO)

Oxunma vaxtı:35 Saniyə

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar “Sovetski” məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsindən sonra bu ərazidə Bakının Mərzi parkı kimi tanınan istrahət güşəsi salındı.

Sözgedən park Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Rüstəmov və Mirzəağa Əliyev küçələrini əhatə edir. Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verildi.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, hazırda Mərkəzi Parkın artıq ikinci hissəsinin salınmasına başlanılıb. Parkın yeni hissəsi Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşir. Burada insanların hərkəti üçün xüsusi zolaqlar salınıb, vətəndaşların qalxıb-enməsi üçün pilləkənlər quraşdırılıb və ərazidə bir neçə ağac əkilib.

Parkın bu hissəsinin meşə tipli olacağı bildirilir.

Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO) - Gallery Image
Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO) - Gallery Image
Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO) - Gallery Image
Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Deputatların vaksinasiyasına başlanılıb

Bu gündən Milli Məclisin deputatlarının vaksinasiyasına başlanılıb. Doğrusöztv.Az-ın məlumatına görə, artıq bir neçə deputat birinci mərhələdə vaksinasiyadan keçib. Virusu keçirmiş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb. Deputatlar arasında vaksinasiya könüllü şəkildə aparılır.