Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir – TƏBİB

Oxunma vaxtı:33 Saniyə

Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” peyvəndi “COVID-19”-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

Doğrusöztv.Az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektivliyini yoxlamaq üçün kliniki sınaqlarını aparıb və nəticə uğurlu olub.

Mərkəz rəhbəri “Sinovac” şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğuna da diqqət çəkib. Bildirib ki, inaktivləşmiş bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

 126 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edildi

Prezident İlham Əliyev A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncamla Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilir. […]