Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək – Türkiyənin Kosmik Agentliyinin rəhbəri

Oxunma vaxtı:44 Saniyə

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Doğrusöztv.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib.

“İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”, – o deyib.

Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, – o deyib.

Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. “Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”, – o deyib.

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb. “Beynəlxalq əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir”, – deyə Yıldırım əlavə edib.

 311 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Mədət Quliyevin “İDEX-2021” sərgisində Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq […]