Mədət Quliyevin “İDEX-2021” sərgisində Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub

Oxunma vaxtı:36 Saniyə

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Mədət Quliyev Baş nazirin müavinindən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

 270 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Doğrusöztv.Az bildirir ki, “YAŞAT” Fondundan verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Ağaqardaş Abbasovun övladı İlknurun zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin […]