Heç kim bizə nəzarət edə bilməz – Ermənistanda anti-Rusiya siyasəti yeni mərhələdə

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Ermənistanda Rusiya əleyhinə təbliğat kampaniyası geniş vüsət alır.

Son on ildə Ermənistanda antirusiya ovqatı artmaqda olması diqqətlərdən yayınmamışdı. II Qarabağ mühaibəsindəki ağır məlğlubiyyət bu prosesi bir neçə dəfə sürətləndirdi. Siyasi dairələr, Paşinyana müxalif şəxslər, hətta zaman-zaman Paşinyan özü də məğlubiyyətin əsas səbəbkarlarından biri kimi Rusiyanı gösətrir.

Paşinyan anti-Rusiya kampaniyasına başlayıb – Qarabağdakı məğlubiyyətlərin səbəbkarını “tapıb”

Xalq isə daha çox Rusiyanı onlara dəstək olmamaqda günahlandırır. Hətta müharibə dövründə qismən sonrakı dövrdə keçirilən mitinqlərdə bu fikirlər açıq şəkildə səslənirdi.

Bu gün isə Ermənistanda hakimiyyətə gəlmək istəyən müxalifət də antirusiya açıqlamalarını açıq şəkildə səsləndirir.

Doğrusöztv.Az-ın məlumatına görə, Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan Yerevanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirir:

“Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur”.

Yeni namizədin açıqlamarıdan görünür ki, onlar Rusiyadan aslılığı tamam qoparmaq istəyirlər.

Bu gün Ermənistanda antirusiya siyasətinin özünü biruzə verməsi bir günün məhsulu deyil. Müharibə dövründə, Paşinyan ilk hakimiyyətə gələn zaman, ondan əvvəlki dövrlərdə Ermənistandan antirusiya toxumları səpilmişdir.

 356 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək - Türkiyənin Kosmik Agentliyinin rəhbəri

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Doğrusöztv.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib. “İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”, – o deyib. Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə […]