Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)

Oxunma vaxtı:48 Saniyə

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Doğrusöztv.Az bildirir ki, “YAŞAT” Fondundan verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Ağaqardaş Abbasovun övladı İlknurun zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidimizə rəhmət etsin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO) - Gallery Image
Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO) - Gallery Image
Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO) - Gallery Image
Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO) - Gallery Image

 211 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir - TƏBİB

Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” peyvəndi “COVID-19”-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir. Doğrusöztv.Az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya […]