ANAMA-ya həkim qəbuluna başlanılıb

Oxunma vaxtı:32 Saniyə

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulunu elan edib.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Ağentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

– həkim-terapevt

– təcili yardım üzrə həkim

– həkim-anestezioloq-reanimatoloq

– həkim-travmatoloq-ortoped

– həkim-ümumi cərrah

Tələb olunan sənədlər:

Ərizə

Şəxsiyyət vəsiqəsi

Təhsil haqqında diplom

İnternatura vəsiqəsi

Sertifikasiya şəhadətnaməsi

Əmək kitabçası

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42

 283 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk

Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan […]