Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilir:

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.

 632 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Saatlı Gənclər Evinin direktoru rüşvətə görə həbs edildi

Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Doğrusöztv.Az bildirir ki, Saatlı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı […]