Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir – Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO)

Oxunma vaxtı:1 Dəqiqə, 38 Saniyə

2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub.

Doğrusöztv.Az bildirir ki, Trend TV-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o zaman Lələ Təpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğu üçün bu ərazidə tikinti-quruculuq işlərini aparmaq mümkün deyildi: “Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağılmış bir vəziyyətdə idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürdük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıların yenə şahidi olacağıq.

Amma gördüyünüz kimi çox qısa bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çevrildi”.

H.Hacıyev bildirib ki, eyni zamanda Cocuq Mərcanlıda simvolik bir məna daşıyan Şuşa məscidinin prototipi də tikildi: “Bu da yenə də bizim qayıdış əzmimizi nümayiş etdirirdi. Gördüyünüz kimi bu kənd yenidən quruldu və işğaldan azad olunmuş digər ərazilərimizdə də cənab Prezident tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı, məqsədyönlü şəkildə böyük quruculuq tikinti işləri aparılacaq ki, bizim insanlarımz 30 ildən artıq həsrətdə olduqları doğma torpaqlarına qayıda bilsinlər. Cocuq Mərcanlı kəndinə təkcə qayıdış təmin olunmadı, eyni zamanda burada yerli əhalinin kənd təsərrüfatı ilə, işlə məşğul olması üçün şərait yaradıldı.

Eyni zamanda təşəkkür edirik ki, bizim tərəfdaş, dost və qardaş ölkələr də bu kənddə mülki əhalinin kənd təsərrüfatı və digər işlərlə məşğul olması üçün əlavə imkanlar yaratdılar”.

Prezident köməkçisi deyib ki, kəndlə tanışlıqdan sonra diplomatlarla birgə gün ərzində səfəri davam edəcək:

“Bundan sonra biz Cəbrayıl şəhərinə gedəcəyik, Cəbrayıl şəhər mərkəzi, Cəbrayıldakı qəbristanlıq, mədəniyyət evi və oradakı bütün dağıdılmış yerlərlə tanış olacağıq və ondan sonra biz İran-Azərbaycan sərhədi boyunca Xudafərin körpüsü istiqamətinə yollanacağıq. Möhtərəm Prezident həmin sərhəddən keçən zaman həmin sərhəd xəttini dostluq sərhədi adlandırmışdı”.

Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir - Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO) - Gallery Image
Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir - Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO) - Gallery Image
Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir - Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO) - Gallery Image

 811 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir: “Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz […]