Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük – Britaniya səfiri

Oxunma vaxtı:33 Saniyə

Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük.

Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri diplomatik korpus nümayəndələrinin Cəbrayıl şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib:

“Azərbaycanın müharibə sonra bərpa etdiyi ərazilərə ilk səfərimdir və buradakı vəziyyətlə tanış oluram”.

Böyük Britaniyanın şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb olunması ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu istiqamətdə imkanlar araşdırmalıdır.

Səfir hesab edir ki, burada kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var. O bildirib ki, ilk növbədə bu ərazilərin minalardan təmizlənməsi vacibdir ki, insanların buraya qayıtması üçün şərait yaransın: “Hesab edirəm ki, bu müəyyən zaman alacaq”.

 789 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar (FOTO)

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərinə gəliblər. Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar. Bundan sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsü istiqamətində yola düşəcəklər.  790 total views