Sədərək Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə

Oxunma vaxtı:41 Saniyə

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
      Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
      Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
      Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 321 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşa məmurlar paytaxtı deyil! - Azad olunmuş ərazilərin hər qarışının bərpası Prezidentin nəzarətindədir

Azad olunmuş ərazilərin bərpasına Prezident nəzarət edir. Bu faktı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahiəsində növbəti dəfə isbat elədi. Dövlət başçısı azad olunmuş ərazilərimizin, o cümlədən də Şuşa şəhərinin bərpa olunmasının onun nəzarətində olduğunu açıq şəkildə bildirdi. Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm, ona görə hərə otursun yerində! Prezident İlham […]