Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub. Dogrusoztv.Az xəbər verir ki, bu barədə “Qafqazinfo.az” saytına Səhman Musayevin yaxınları məlumat verib. Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir. Müdafiə […]
Month: Fevral 2021
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
Bu gün “Azərlotereyanın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı. Doğrusöztv.Az-ın məlumatəna görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib. Nazir qeyd edib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi – SƏRƏNCAM
Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Sərəncama əsasən, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə […]
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin – Azərbaycan Hava […]
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur – XİN
10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir. […]
Vətəndaşlar “Ana harayı” abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı “Ana harayı” abidəsi ziyarət olunur. Doğrusöztv.Az-ın məlumatına görə, budəfəki anım mərasimində fərqli hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı […]
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin növbəti görüşü fevralın 27-də Moskvada keçiriləcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. O əlavə edib ki, Ermənistandakı hadisələrə baxmayaraq, rəsmi Yerevan da görüşdə iştirak edəcəyini təsdiqləyib.
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Biz Pandemiyanın lap əvvəlindən vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər […]
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb. Doğrusöztv.Az-ın məlumatına görə, 25 və […]
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın naş naziri Nikol Paşinyanla birbaşa təmasının olub-olmamasına aydınlıq gətirib. Dövlət başçısı bildirib: “Mənim Paşinyanla təmaslarım o zaman başa çatdı ki, o, təxribatçı bəyanatlar verdi. Bu gün Ermənistanda Paşinyanı “Lift diplomqatiyası” aparmaqda ittiham edirlər. Çox gülünc bir vəziyyətdir. Biz 2019-cu ildə Bişkekdə […]