Atəşkəsə nəzarət üzrə birgə mərkəz xüsusi əhəmiyyət kəsb edir – Zakir Həsənov

Oxunma vaxtı:37 Saniyə

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ağdam rayonunda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzin açılışı zamanı Müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanmış bəyanatla atəşkəs rejiminə nail olunub:

“30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Rusiya və Türkiyə respublikalarının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə ilə Rusiya arasında 11 noyabrda imzalanmış atəşkəsə nəzarət üzrə birgə mərkəzin yaradılması ilə bağlı memorandum xüsusi əhəmiyyət kəsb edir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Azərsu” abonentlərə müraciət edib

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”. Doğrusöztv.Az bildirir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib: “Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. […]