Toyuna hazırlaşan şəhidimiz Orxan… – QƏHRƏMANLARIMIZI TANIYAQ

Oxunma vaxtı:1 Dəqiqə, 11 Saniyə

İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri də çavuş Mirzəyev Orxan Mehman oğludur.

SHOWNEWS.AZ xəbər verir ki, 1993-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olan qəhrəmanımız O.Mirzəyev barədə “oxu.az”a onun əmisi oğlu Bilal Mirzəzadə məlumat verib.

O bildirib ki, O.Mirzəyev müharibənin ilk günlərindən ön cəbhəyə gedənlərdən olub:

“Əmim oğlu Orxan döyüşə gedəndə ailəsi, sevdikləri ilə vidalaşdı. İlk olaraq, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları bizə Orxanın mərdliyindən, cəsarətindən danışıb. Füzulidən sonra Şuşa uğrundan gedən döyüşlərə qatılıb və döyüş yoldaşları ilə birgə torpaqlarımızı düşmənlərdən təmizləyib”.

“Sonuncu dəfə ailəsi ilə oktyabrın 29-da danışıb”

B.Mirzəzadə deyir ki, şəhid çavuş O.Mirzəyev 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmətdə olub:

“Orxan çox vətənpərvər idi. Hərbi hissədə hər kəs onun igid, qorxmaz olduğundan danışırdı. Ailəsi ilə çox əlaqə qura bilmirdi. Amma onun barəsində bizə döyüş yoldaşları məlumat verdi. Şəhid olduğunu da bizə dostu xəbər vermişdi. Birinci inanmadıq, yanlışlıq olduğunu düşündük.

Müdafiə Nazirliyinə müraciət etdik, məlumat almaq istədiyimizi dedik. Təəssüf ki, rəsmi olaraq Orxanın şəhid olduğu təsdiqləndi. Nişanlı idi, ailəsi toyuna hazırlaşırdı. Əmim oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

27 yaşlı şəhid çavuş Orxan Mirzəyev noyabrın 10-da doğulduğu rayonda torpağa tapşırılıb.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, çavuş Orxan Mirzəyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 537 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Türkmənistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər. Prezident Qurbanqulu Berdiməhəmmədovun çıxışı -Hörmətli […]