Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı – Deputat

Oxunma vaxtı:1 Dəqiqə, 57 Saniyə

Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhmiyyətli faktorlar var ki, onların da başında hər şeydən öncə lider və insan amili dayanır. Tarixi təcrübə də, bugünkü ən yeni reallıqlar da bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, heç nədən çəkinməyərək cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı bacaran, bununla yanaşı həm də onu qorumağa qadir liderlər qazana bilir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi tarixində xalq öz liderində bütün bu keyfiyyətləri bir daha gördü:

“Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan əzilən, işğala məruz qalan, haqqı əlindən alınan xalqlara öz mübarizəsi ilə bir örnək oldu. Bütün dünyaya göstərdi ki, ədaləti, beynəlxalq hüququ necə bərpa etmək olar. Ancaq bunun üçün əlbəttə milli gücün ümumilikdə məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə, əsas etibarilə insan faktoru ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan xalqına bu tarixi zəfəri qazandıran Azərbaycan əsgəri Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir ki, bu iki mühüm faktor əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir.

Heydər Əliyev məktəbi ənənələrində gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yen mənəvi və intellektual əsaslarda nəsil yetişdirildi ki, burada iştirak edən başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxma duyğuları idi”.

Deputat vurğulayıb ki, 2003-cü ildə 10-15 yaşında olan gənclər məhz bu idarəçilikdə və bu dəyərlər əsasında tərbiyə edilərək artıq 2020-ildə vətən savaşına qatılan 25-32 yaşlı qəhrəmanlara çevrildilər:

“Vətən müharibəmizin qədərini təyin etdilər, düşmənə tarixi dərs verdilər. Məhz onlar döyüşdə rəşadət, şücaət, cəsarət nümayiş etdirərək Şuşamızı azad etdilər. Bu, dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindən biri idi. Ancaq bununla yanaşı, Azərbaycanda gənclər də, orta nəsil nümayəndələri də, yaşlılar da eyni əzm, eyni coşqu ilə Vətən müharibəmizdə tarixi qələbəmiz üçün əllərindən gələni etdilər. Bu isə əslində milli birlik və bərabərliyimizin, millət olaraq Ali Baş Komandanımız, Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməyimzin göstəricisi idi.

Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi, belini qırdı. Bu günlərdə Azərbaycan Prezidenti və birinci xanımın Şuşaya səfər etməsi, oradan yenidən dosta və düşmənə mühüm mesajlar verməsi hər bir azərbaycanlının qəlbini fəxarət və qürur hissi ilə doldurdu”.

 257 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşada şəhid olan çavuş

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Rzayev Ceyhun İsmayıl oğlu Vətən Müharibəsinin şəhidlərindəndir. Nazirlikdən Doğrusöztv.Az-a verilən məlumata görə, C.Rzayev 16.09.1994-cü ildə Bərdə rayonunda doğulub. O, ötən il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.  258 total views