Həbs edilən icra başçısının oğluna yeni VƏZİFƏ verildi

Oxunma vaxtı:42 Saniyə

Baş prokuror Kamran Əliyev Ağstafa rayonunun həbs edilən sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.

Baş Prokurorluğun mətbuat xidməti yayılan məlumatı Modern.az-a təsdiqləyib.

Bildirlib ki, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.
Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Onun barəsində istintaq yekunlaşıb və hazırda işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 

 395 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyev: “Bu yaraları heç vaxt unutmayacağıq!” - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dogrusoztv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: – Xoş gəlmisiniz, Baş direktor. Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işğaldan […]