Vətən müharibəsi memorial kompleksinin harada yerləşməsi ilə bağlı təkliflər var – Nazirlik

Oxunma vaxtı:28 Saniyə

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin harada yerləşəcəyi ilə bağlı bir neçə təklif mövcuddur.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bununla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək:

“Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ müəyyənləşməyib, lakin məkanla bağlı bir neçə təklif mövcuddur. Bu təkliflər Sərəncamda qeyd olunan müddət ərzində Nazirlər Kabinetinə təqdim ediləcəkdir”.

Xatırladaq ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması, bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır.

 334 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır - Putin

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib. O bildirib ki, atılan addımlar müntəzəm olaraq ATƏT Minsk qrupunun həmsədrləri ilə nəzərdən keçirilir: “Bu gün əminliklə demək olar ki, […]