Azərbaycana gətiriləcək koronavirus vaksinlərinin həyati təhlükəsi sıfıra bərabərdir – Ekspert

Oxunma vaxtı:36 Saniyə

Mən bir ekspert kimi koronavirus peyvəndinin yan təsirlərindən narahat deyiləm.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, əsas məsələ peyvəndin faydalılığı və bu faydalılığın nə qədər müddət çəkəcəyidir: “Bunu da zaman göstərəcək. Xüsusən ölkəmizə gətiriləcək ənənəvi peyvəndin ciddi həyati təhlükə yaratması ehtimalı demək olar ki, sıfıra bərabərdir”.

R.Mahmudov bildirib ki, ümumilikdə peyvənd virus xəstəliklərinə qarşı ən effektiv vasitədir:
“Tarix boyu pandemiya və epidemiyaların qarşısının alınmasında “qızıl açar” rolunu peyvəndlər üzərinə götürüb. Bu gün bu reallığı hamı qəbul etməlidir ki, effektiv peyvəndin dünyada kütləvi şəkildə istifadəsi koronavirus bəlası ilə mübarizədə uğur qazanmamıza səbəb ola bilər”.

Qeyd edək ki, Azərbaycana Çin istehsalı olan “Sinovac” peyvəndinin gətirilməsi haqqında danışılır.

 390 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Mediada islahatlar zamanın tələbidir – Elçin Mirzəbəyli

“Kütləvi İnformasiya Vasitələri” haqqında qanun 1999-cu ildə qəbul edilib. O vaxtdan etibarən, qanuna ayrılıqda və müxtəlif hüquqi-normativ aktların qəbulundan isrəli gələn çoxsağlı əlavə və dəyişikliklər edilib. Amma təməl müddəalar, prinsiplər və mahiyyət dəyişməyib. Bu illər ərzində dünyada nəinki mediaya baxış, bütövlükdə medianın özü köklü surətdə, təməlindən dəyişib, informasiya və kommunikasiya […]