ANAMA işğaldan azad olunan ərazilərdən 40 minə yaxın mina təmizləyib

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olujnmuş ərazilərin minalardan təmizlənməsi prosesini davam etdirir.

Doğrusöztv.Az bildirir ki, ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə ANAMA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, ümumilikdə Agentlik tərəfindən 27 sentyabr 2020-ci – 08 yanvar 2021-ci il tarixlərində 2 294 siqnal (əməliyyat çağırışı) əsasında 1 842 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Şuşa və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 2 646 ədəd partlamamış hərbi sursat (PHS), 4 550 ədəd piyada əleyhinə mina, 1 557 ədəd tank əleyhinə mina, 1 915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 441 ədəd 9N235 bombacıqları, 24 515 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 100 metr boru şəkilli partlayıcı yük, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 973 ədəd partlamış raket hissələri aşkar olunmuşdur.

 370 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Yanvarın 13-də Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, görüş Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Nazir əlavə edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla həm də ayrılıqda görüşəcək.  371 total views